Biz kimik?

“ALLSMART TECHNOLOGİES” MMC olaraq Ağıllı Bina və Ev avtomatlaşdırılması istehsalı və quraşdırılması istiqamətində fəaliyyət göstəririk. Şirkətimiz hal hazırda 25 adda məhsul istehsal etməkdədir. Məhsullarımız 2017-ci ildən “ELSMART” ticarət markası adı altında Azərbaycanın ilk və tək Ağıllı ev və Bina idarəedilməsi sistemləri olaraq istehsal etməkdədir.

Niyə bizi seçməli?

İstehsal etdiyimiz məhsulların elektron dövrələrinin (PCB) dizaynı şirkətimiz tərəfindən tələbə uyğun hazırlanır. Qurğuların beyinləri sayılan mikroçiplərin proqrmlaşdırılmasından mobil (IOS və Android) proqramlarına qədər bütün proqram yazılımlar bizim şirkətin mühəndisləri tərəfindən yazılır. Məhsullarımız 100% yerli mütəxəssislərin sayəsində hazırlanır.

Hədəfimiz

Müştəri məmnuniyyətini prioritet hesab edərək keyfiyyətli xidmət təklif etməkdəyik. Əldə etdiyimiz məlumat və təcrübəni müştəriyə çəkinmədən təqdim etmək, xidmət ünsürü nə olursa olsun müştəri ilə başdan sona qədər keyfiyyət və qiymət mövzusunda dialoq içində olmaq, müştərinin fikirlərini diqqətə alaraq doğru həll yolları təklif etmək əsas hədəfimizdir.

Xidmətlərimiz